Zelenski Xerson şəhərinə baş çəkib
Ukrayna Prezidenti Volodimir Zelenski Dnepr çayının digər tayındakı və Rusiya mövqelərindən cəmi bir neçə kilometr məsafədə yerləşən cəbhə xətti Xerson şəhərinə baş çəkib.
Ajans.az xəbər verir ki, Zelenski şəhərin girişində özünün şəklini, arxasında isə Xersonun adının həkk olunduğu böyük lövhəni paylaşıb.
Bildirilib ki, Xerson davamlı bombardman və dron hücumlarına məruz qalır. Zelenski yerli rəsmilər və hərbi nümayəndələrlə kiçik rus hücum dronlarının getdikcə artan təhlükəsi ilə mübarizə aparan şəhərin (Xerson - red.) müdafiəsi ilə bağlı görüş keçirəcəyini bildirib.