Tayland Kamboca ilə bağlanmış sülh müqaviləsinin icrasını dayandırdı
Tayland qonşu Kamboca ilə ABŞ-ın vasitəçiliyi ilə əldə edilən sülh müqaviləsinin icrasını dayandırdı.
Ajans.az Al Jazeera kanalına istinadən xəbər verir ki, bu qərar Taylandın sərhədləri yaxınlığında baş verən mina partlaması nəticəsində iki əsgərinin yaralanmasından sonra verilib.
Taylandın Baş naziri Anutin Çarnvirakul baş verən hadisədən sonra bildirib ki, Taylandın tələbləri yerinə yetirilənə qədər atəşkəs çərçivəsində həyata keçiriləcək bütün tədbirlər dayandırılacaq.
Mövzular: