Bişimbayevin prokuroru işdə rəqs etdi (VİDEO)
Keçmiş milli iqtisadiyyat naziri Kuandık Bişimbayevin səs-küylü məhkəməsində iştirakı ilə tanınan prokuror Ayjan Aymanova sosial mediada ofisində çəkilmiş rəqs videosunu paylaşıb.
Ajans.az xəbər verir ki,k
“Ciddi mövzular arasında bir az yumor. Yaxşı həftəsonu keçirin — amma qanun çərçivəsində.”
Paylaşım qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb və müzakirələrə səbəb olub. Bir çox istifadəçi prokuroru dəstəkləyərək onun pozitiv yanaşmasını və səmimiliyini alqışlayıb:
- “Haqlısınız, bəzən belə dincəlmək lazımdır.”
- “Ayjan Aymanova həm ağıllı, həm də peşəkar prokurordur, üstəlik əhvalı da gözəldir.”
- “Ritm hissi, üz ifadələri və hərəkətləri çox ahəngdardır.”
Xatırladaq ki, Ayjan Aymanova 2024-cü ildə həyat yoldaşını öldürməkdə ittiham olunan keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin məhkəməsində ittiham tərəfini təmsil edərək geniş tanınmışdı.
View this post on Instagram