Reklam resmi
Reklam resmi

ABŞ dondurulmuş Rusiya aktivlərindən istifadəni dəstəkləyir

ABŞ dondurulmuş Rusiya aktivlərindən istifadəni dəstəkləyir
Dünya

ABŞ, Ukraynanı dəstəkləmək və Rusiya ilə müharibəni bitirmək üçün dondurulmuş Rusiya aktivlərindən vasitə kimi istifadə edilməsini tam dəstəkləyir.

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-dən anonim mənbə bildirib.

Qərb Moskvaya təzyiqi artırmağa çalışdığı vəziyyətdə, Avropa Komissiyası, Aİ hökumətlərinə hazırda Avropada dondurulmuş 210 milyard avro dəyərində Rusiyanın suveren aktivlərinin əksəriyyətinin - 185 milyard avroya (217 milyard dollar) qədər vəsaiti - müsadirə etmədən istifadə etməyə imkan verən bir plan təklif edib.

Mənbə bildirib ki, Vaşinqton Aİ-ni və onların hazırda atdığı addımları tamamilə dəstəkləyir. 

2022-ci ildə Ukrayna-Rusiya mühabirəsi başlayanda ABŞ və müttəfiqləri Rusiyanın mərkəzi bankı və maliyyə nazirliyi ilə əməliyyatları qadağan etdi və təxminən 300 milyard dollarlıq suveren Rusiya aktivlərini dondurdu.

Bu təklif aktivlərin əksəriyyətinin yerləşdiyi Belçikanın narahatlığı səbəbindən təxirə salınıb.

Mövzular:
Rusiya Ukrayna ABŞ

Digər Xəbərlər