15 yaşdan kiçik uşaqlara sosial media QADAĞAN EDİLİR - Bu ölkədə
Danimarka 15 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadəni qadağan edəcək.
Ajans.az xəbər verir ki, bu barədə Danimarka hökuməti bildirib.
Bu addım Baş nazir Mette Frederiksenin ötən ay parlamentdəki açılış nitqində gənclərin əqli sağlamlığı ilə bağlı narahatlıqlar səbəbindən uşaqlar üçün sosial media məhdudiyyətləri ilə bağlı çağırışından sonra atılıb.
Rəqəmsallaşdırma naziri Karolin Staj Olsen isə bildirib: "Sosial media uşaqlarımızın vaxtını, uşaqlığını və rifahını oğurlamaqla inkişaf edir və biz indi buna son qoyuruq".
Parlamentdəki partiyaların əksəriyyəti rəsmi səsvermədən əvvəl planı dəstəkləyəcəklərini bildirib.
Hökumət bildirib ki, Danimarkada uşaqların ən çox istifadə etdiyi platformalar arasında Snapchat, YouTube, Instagram və TikTok var.
Danimarka rəqabət və istehlakçı qurumunun bu ilin fevral ayında apardığı təhlilə görə, Skandinaviya ölkəsindəki gənclər hər gün orta hesabla 2 saat 40 dəqiqə sosial mediada vaxt keçirirlər.
Qeyd edək ki, keçən il Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edib.