Məsciddə partlayış baş verib- bu ölkədə...
İndoneziyada məktəb kompleksinin ərazisində yerləşən məsciddə partlayış baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, yaralıların bir qismi xəstəxanaya yerləşdirilib, onların dəqiq sayı dəqiqləşdirilir. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və təcili yardım xidmətləri cəlb olunub.
Hazırda partlayışın səbəbləri araşdırılır. Rəsmilər hadisənin baş vermə şəraiti ilə bağlı təhqiqat başladıldığını bildiriblər.
Mövzular: