Reklam resmi
Reklam resmi

Aparıcı efirdə dişini sındırdı

Aparıcı efirdə dişini sındırdı
Dünya

"This Morning" verilişinin aparıcısı Ket Deli efirdə dişini sındıraraq maraqlı an yaşadıb.

Ajans.az Daily Mail-ə stiandən xəbər verir ki, hadisə veriliş zamanı qonaq aşpaz tərəfindən hazırlanmış karamel alma yeyilərkən baş verib. Aşpaz desertin yumşaq olduğunu bildirib, lakin aparıcılara diqqətlə yeməyi tövsiyə edib. Deli almadan bir dişlədikdə dişi sındı və o, narahatlıqla dilini ön dişlərinin üzərində gəzdirməyə başladı.

Bu anı görən həmkarı Ben Şephard ondan hər şeyin qaydasında olub-olmadığını soruşub, lakin Deli əvvəlcə susub. Bir müddət sonra o, “Dişim sındı!” – deyə qışqırıb. Hadisəni görən Şephard isə gülməkdən özünü saxlaya bilməyib. Deli daha sonra diş həkiminə getmək üçün vaxt tapmadığını bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
"This Morning" verilişi Ket Deli

Digər Xəbərlər