Kəbədə insident: MÜHAFİZƏÇİ QADIN ZƏVVARI YERƏ YIXDI
Kəbədə mühafizəçilər bir çox hallarda həddindən artıq aqressiv davranış nümayiş etdirirlər.
Ajans.az xəbər verir ki, Kəbədə ziyarət zamanı kişi zəvvarlardan biri yaxınlıqda olan qadın zəvvara qarşı mühafizəçinin kobud rəftarından narazı qalıb və onunla mübahisə edib. Kadrlardan görünür ki, mühafizəçi qadın zəvvarı əli ilə tiələyir və yerə yıxır. Ona etiraz edən kişi zəvvarla əlbəyaxa olur və telefonu onun əlindən almağa çalışır. Bu da azmış kimi ətrafda olan digər zəvvarlara da kobudluq nümayiş etdirir.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər məscid rəhbərliyini təhlükəsizlik əməkdaşlarının davranış qaydalarına diqqət yetirməyə və zəvvarlarla daha hörmətli münasibət qurmağa çağırıblar.
View this post on Instagram