Reklam resmi
Reklam resmi

Tehran iki həftəyə susuz qala bilər

Tehran iki həftəyə susuz qala bilər
Dünya

İranın paytaxtı Tehranı içməli su ilə təmin edən əsas mənbələr tarixi quraqlıq səbəbindən tükənmək üzrədir. Mütəxəssislərin hesablamalarına görə, şəhər iki həftə ərzində tam susuz qalma təhlükəsi ilə üzləşə bilər.

Ajans.az Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, paytaxtın su təminatında mühüm rol oynayan Əmir Kəbir bəndi hazırda cəmi 14 milyon kubmetr su tutur ki, bu da onun ümumi tutumunun cəmi 8 faizinə bərabərdir. Tehranın su şirkəti xəbərdarlıq edib ki, bu səviyyə ilə şəhərə yalnız iki həftə ərzində su vermək mümkündür.

Məlumata görə, İran son onilliklərin ən ciddi quraqlığını yaşayır. Ötən ay Tehranda yağıntı səviyyəsi tarixi minimuma enib. Bir il əvvəl Əmir Kəbir bəndində 86 milyon kubmetr su toplanmışdı, lakin indi bölgədə yağıntı 100 faiz azalıb.

Tehranın təxminən 10 milyon sakini gündəlik olaraq 3 milyon kubmetr su istehlak edir. Son günlərdə şəhərin bir neçə rayonunda su təchizatı qısamüddətli fasilələrlə dayandırılıb.

Ekspertlər bildirirlər ki, su çatışmazlığı ölkənin, xüsusən də quraq cənub əyalətlərinin əsas problemlərindən biridir. Bu vəziyyət yeraltı su ehtiyatlarının həddindən artıq istismarı, idarəetmədəki nöqsanlar və iqlim dəyişikliyinin təsiri ilə əlaqələndirilir.

Bu arada, qonşu İraq da 1993-cü ildən bəri ən quraq ilini yaşayır. Qərbi Asiyadan Fars körfəzinə axan Dəclə və Fərat çaylarında su səviyyəsi yağıntının azalması və yuxarı axınlarda məhdudiyyətlər səbəbindən 27 faiz azalıb, bu isə ciddi humanitar böhrana səbəb olub.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Tehran

Digər Xəbərlər