Reklam resmi
Reklam resmi

TƏBİB və TİKA arasında əməkdaşlıq çərçivəsində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına səyyar ambulans təqdim edilib

TƏBİB və TİKA arasında əməkdaşlıq çərçivəsində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına səyyar ambulans təqdim edilib
Cəmiyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına səyyar ambulansın ianə olunması ilə bağlı görüş və təhvil-təslim mərasimi keçirilib.

Ajans.az xəbər verir ki, mərasimdə TƏBİB-in və TİKA-nın rəhbər heyəti iştirak ediblər.
TİKA nümayəndə heyətinə qurumun sədri Abdullah Eren başçılıq edib.
“Fiat Ducato” markalı səyyar avtomobil ana və uşaq sağlamlığının qorunması, uzaq kəndlərdə yaşayan və şəhərə gəlməkdə çətinlik çəkən vətəndaşlara, xüsusilə hamilə qadınlara və uşaqlara tibbi xidmətin yerində göstərilməsini təmin etməkdir.
Avtomobil müasir tibbi avadanlıqlarla təchiz olunub. İçərisində portativ ultrasəs müayinəsi (USM) aparatı, defibrilyator (AED), süni tənəffüs (ventilasiya) aparatı, xərək və digər ilkin tibbi yardım ləvazimatları mövcuddur.
Portativ USM aparatı vasitəsilə yerində ultrasəs müayinəsinin aparılması mümkün olacaq.
Görüş zamanı tərəflər səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, regionlarda tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində gələcək layihələri müzakirə ediblər.
Tədbir TƏBİB və TİKA arasında uzunmüddətli əməkdaşlığın və qarşılıqlı tərəfdaşlığın növbəti təzahürü kimi qiymətləndirilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, TİKA-nın dəstəyi ilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən həkim-oftalmoloqlar üçün təşkil edilən təlimlər, Ankara şəhərində səhiyyə idarəçiləri üçün peşəkar təlim kursu, müxtəlif rayonlarda keçirilən tibbi aksiyalar və ianələr bu əməkdaşlığı daha da genişləndirir.
TİKA-nın sədri Abdullah Eren qeyd edib ki, TİKA 1992-ci ildə təsis olunub və Türkiyənin beynəlxalq inkişaf və texniki yardım siyasətini həyata keçirən əsas dövlət qurumudur. Agentliyin Bakı Proqram Koordinasiya Ofisi isə 1994-cü ildən fəaliyyət göstərir.
Bu illər ərzində Azərbaycanda 1 500 layihə icra edilib.
Layihələr əsasən səhiyyə, təhsil, sosial infrastruktur və regional inkişaf sahələrini əhatə edib.
Qeyd edilib ki, layihələrin 180-i sırf səhiyyə sahəsi ilə bağlı olub.

Mövzular:
TƏBİB TİKA Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Səyyar ambulans

Digər Xəbərlər