Ukraynaya dəhşətli HÜCUM
Ukraynanın Xerson şəhərindəki uşaq xəstəxanası Rusiya qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Nəticədə dördü uşaq və üçü tibb işçisi olmaqla doqquz nəfər yaralanıb.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı Xerson Vilayət Prokurorluğu sosial mediada yayıb.
Açıqlamada deyilir:
“Rusiya ordusu Xersonda gənc xəstələrin, onların valideynlərinin və tibb işçilərinin müalicə aldığı uşaq xəstəxanasını artilleriya atəşinə tutub. İlkin məlumatlara görə, dörd uşaq və üç tibb işçisi daxil olmaqla doqquz nəfər xəsarət alıb.”
Hücum nəticəsində xəstəxananın binasına ciddi ziyan dəyib, partlayış dalğası yaxınlıqdakı tikililərə də zərər vurub.
Hadisə ilə bağlı istintaq başlanılıb, prokurorluq hadisəni müharibə cinayəti kimi qiymətləndirir.
Mövzular: