Reklam resmi
Reklam resmi

17 yaşlı gəlinin ölüm səbəbi AÇIQLANDI - Rəsmi

17 yaşlı gəlinin ölüm səbəbi AÇIQLANDI - Rəsmi
Cəmiyyət

Dünən saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ajans.az xəbər verir ki, TƏBİB məlumat verib.

Qeyd olunub ki, pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

    Mövzular:
    Astara Rayon Mərkəzi Xəstəxanası TƏBİB

    Digər Xəbərlər