Reklam resmi
Reklam resmi

Tramp məhkəmənin qərarından apellyasiya şikayəti verdi

Tramp məhkəmənin qərarından apellyasiya şikayəti verdi
Dünya

ABŞ Prezidenti Donald Tramp Manhetten məhkəməsinin onu Stormi Danielsə ödəmələrini gizlətməkdə təqsirli bilən qərarından apellyasiya şikayəti verib.

Ajans.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti 2016-cı il seçki kampaniyası zamanı Danielsə etdiyi ödənişləri mühasibatlıq uçotunda qeydiyyata aldırmayıb.

Trampın vəkilləri Manhetten dairəsinin prokuroru Alvin Braqqı 2024-cü il seçkilərinə aylar qalmış siyasətçini hədəfə almaq üçün mürəkkəb hüquqi strukturdan istifadə etməkdə ittiham ediblər.

2024-cü ilin may ayının sonunda Nyu-York münsiflər heyəti Trampı maliyyə fırıldaqçılığında təqsirli bilib. İttiham tərəfi iddia edib ki, Trampın vəkili Maykl Koen siyasətçinin 2016-cı il prezident seçkilərində qələbəsi ərəfəsində Danielsə susması müqabilində ona 130 min dollar rüşvət verib. Daniels Trampla 2006-cı ildə görüşdüyünü iddia edib. Siyasətçi iddiaları təkzib edib.

Mövzular:
ABŞ Donald Tramp Manhetten məhkəməsi Stormi Daniels

Digər Xəbərlər