Reklam resmi
Reklam resmi

Boliviyada faciə: avtobus qəzasında 16 nəfər həlak olub

Boliviyada faciə: avtobus qəzasında 16 nəfər həlak olub
Dünya

Boliviyanın Koçabamba departamentində baş verən ağır yol qəzası nəticəsində ən azı 16 nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə El Deber qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, avtobus yoldan çıxaraq təxminən 600 metr dərinlikdəki uçuruma aşıb. Qəzanın səbəbləri araşdırılır. Bildirilir ki, sürücü saxlanılıb və onun sürət həddini aşaraq döngədə nəqliyyat vasitəsinə nəzarəti itirməsindən şübhələnilir.

Hadisə nəticəsində 20-dən çox insan yaralanıb. İlk olaraq hadisə yerinə yaxınlıqdakı kəndin sakinləri yetişib və avtobusda sıxılmış sərnişinlərə kömək etməyə başlayıblar.

Qəzaya uğrayan nəqliyyat vasitəsi Kilakollo şəhərindən İndependensiya istiqamətində hərəkət edirmiş.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Boliviya qəza

Digər Xəbərlər