Reklam resmi
Reklam resmi

Estoniyanın xarici işlər naziri Kiyevə gedib

Estoniyanın xarici işlər naziri Kiyevə gedib
Dünya

Estoniya xarici işlər naziri Marqus Tsahkna rəsmi səfərlə Kiyevə gedib.

Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X”də paylaşım edib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər müharibəni vəziyyəti, Rusiyanın mülki əhaliyə və enerji infrastrukturuna qarşı hücumu, Ukraynanın dayanıqlığını gücləndirməyin yolları və Moskva üzərində təzyiqin artırılması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin dondurulmuş Rusiya aktivlərinin tam istifadəsi, Ukraynanın Avropa İttifaqına üzvlüyü, bərpa prosesi və SAFE mexanizmi çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq mövzularını də müzakirə ediblər.

Ukraynalı nazir estoniyalı həmkarına ölkəsinə silah alınması üçün 10 milyon avro ayırdığına görə təşəkkür edib.

Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi, xüsusilə qış mövsümünə hazırlıq sahəsində Estoniyanın davamlı dəstəyi yüksək qiymətləndirilib.

Mövzular:
Estoniya Marqus Tsahkna Rəsmi səfər Andrey Sibiqa

Digər Xəbərlər