Reklam resmi
Reklam resmi

Zərdabda qəzada ölən şəxs Vətən müharibəsi iştirakçısı olub

Zərdabda  qəzada ölən  şəxs Vətən müharibəsi iştirakçısı olub
Hadisə

Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 37 yaşlı şəxs Vətən müharibəsi iştirakçısıdır.

Ajans.az xəbər verir ki, hadisə ötən gün Zərdab rayonunun ərazisində qeydə alınıb. “VAZ-21099” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099”un sürücüsü, 1988-ci il təvəllüdlü Azər Cəlal oğlu Abdullayev hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Azər Abdullayev 44 günlük Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Vətən müharibəsi iştirakçısı Zərdab rayonu Qəza

Digər Xəbərlər