Monteneqro Türkiyə vətəndaşları üçün vizasız səyahəti ləğv edir
Monteneqro hakimiyyəti Podqoritsada türk əsgərləri tərəfindən yerli sakin bıçaqlanması hadisəsindən sonra Türkiyə vətəndaşları üçün vizasız səyahəti müvəqqəti ləğv etməyə qərar verib.
Ajans.az xəbər verir ki,bu barədə Monteneqronun Baş naziri Milojko Spayiç açıqlama verib.
Spayiç bildirib:
“Türkiyə vətəndaşları üçün vizasız səyahəti müvəqqəti olaraq ləğv etmək barədə təcili qərar verəcəyik. Qarşıdakı dövrdə iqtisadi fəaliyyəti və ikitərəfli münasibətləri qorumaq üçün Türkiyə ilə intensiv danışıqlara başlayacağıq və optimal model tapmağa çalışacağıq.”
Hadisə 26 oktyabr axşamı baş verib. Monteneqro polisi Podqoritsa sakini bıçaqlayan iki Türkiyə vətəndaşını həbs edib. Daha sonra ərazidə bir neçə yüz insan toplaşaraq miqrant əleyhinə şüarlar səsləndirib. Hüquq-mühafizə orqanları digər cinayətlər üzrə daha 45 Türkiyə vətəndaşını saxlayıb.
Sjutra po hitnoj proceduri donosimo odluku o privremenom ukidanju bezviznog režima za državljane Turske. U cilju očuvanja ekonomske aktivnosti i dobrih bilateralnih odnosa, u narednom periodu iniciraćemo intenzivne razgovore sa Republikom Turskom kako bi u duhu dobre saradnje i…
— Milojko Spajić (@MickeySpajic) October 26, 2025