XIV Papa Leo və III Kral Çarlz 500 ildən sonra ilk dəfə birlikdə dua ediblər
Roma Sikstin kapellasında, Mikelancelonun məşhur “Son qiyamət” freskinin altında keçirilən dualar zamanı Roma Katolik Kilsəsinin rəhbəri XIV Papa Leo ilə İngiltərə Kilsəsinin Ali Qubernatoru III Kral Çarlz bir araya gəlib.
Ajans.az xəbər verir ki,bu, 500 ildən sonra ilk dəfə belə bir ibadətin həyata keçirilməsi kimi tarixə düşüb. III Kral Çarlzı həyat yoldaşı Kraliça Kamilla müşayiət edib. Dualar həm ingilis, həm də latın dillərində qılınıb.
Kral cütlüyü bu görüş üçün Vatikana dövlət səfəri ilə gəlib. Səfər əvvəlcə aprel ayına planlaşdırılsa da, əvvəlki Papa Fransisin səhhəti ilə bağlı təxirə salınmışdı.
Bu unikal hadisə iki böyük xristian kilsəsinin rəhbərlərinin tarixi yaxınlaşmasının simvolu kimi qiymətləndirilir.
The King and Queen have met Pope Leo XIV in the Apostolic Palace, to begin their State Visit to the Holy See. Their Majesties will undertake engagements with Pope Leo XIV in celebration of the 2025 Papal Jubilee. This will include a special ecumenical service in the Sistine… pic.twitter.com/pHpR7UNYsE
— The Royal Family (@RoyalFamily) October 23, 2025