Serbiyanın Aİ-yə üzvlük planı Rusiyaya görə bloklanıb
Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmadığı müddətdə Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.
Ajans.az xəbər verir ki,bu barədə Avropa Parlamentinin (AP) qəbul etdiyi qətnamədə bildirilir.
Qətnamədə qeyd olunur ki, Serbiyanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar yalnız əsas sahələrdə – xüsusən də qanunun aliliyi, təhlükəsizlik siyasəti və Rusiyaya qarşı sanksiyalarda "ölçülə bilən və davamlı irəliləyiş" olduğu təqdirdə davam etdirilməlidir.
Sənədin qəbulunda iştirak edən 632 deputatdan 457-si lehinə, 103-ü əleyhinə səs verib, 72 deputat isə bitərəf qalıb.
Mövzular: