Güclü zəlzələ baş verib- bu ölkədə...
Kamçatka yarımadasının şərq sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsinə istinadla xəbər yayıb.
Zəlzələ yerli vaxtla saat 11:37-də (Moskva vaxtı ilə 02:37) baş verib. Yeraltı təkanların ocağı Sakit Okean akvatoriyasında, 48,7 kilometr dərinlikdə yerləşib. Episentr Petropavlovsk-Kamçatski şəhərindən 71 kilometr aralıda müəyyən olunub.
İlkin məlumatlara əsasən, Petropavlovsk-Kamçatskidə yer səthində hiss olunan təkanların gücü MSK-64 şkalası üzrə 4,0 bal təşkil edib.
Rəsmi qurumlar tərəfindən sunami təhlükəsinin olmadığı bildirilib. Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Mövzular: