Mərkəzi Bank gələn il üçün neftin qiymətini proqnozlaşdırdı
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə neftin bir barelinin qiymətinin 64-65 dollar olacağını proqnozlaşdırır.
Ajans.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 dollar olacağını gözləyirlər.
Mövzular: