Reklam resmi
Reklam resmi

Gümrünün baş memarı HƏBS OLUNDU

Gümrünün baş memarı HƏBS OLUNDU
Dünya

Gümrü bələdiyyəsinin baş memarı Henrix Qasparyan və daha bir nəfər rüşvət almaqda ittiham edilərək həbs edilib.

Ajans.az  xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gümrü bələdiyyəsinin vəzifəli şəxslərinin rüşvət alması və vəzifə səlahiyyətlərini sui-istifadə etməsi faktları üzrə cinayət işi açılıb. İttiham olunan şəxslər arasında baş memar da var və onlara qarşı qabaqcadan əlbir olan qrup şəklində cinayət törətməklə bağlı ittiham irəli sürülüb.

Xatırladaq ki, Gümrü meri Vardan Qukasyan 2 ay müddətinə həbs edilib. O, 10 min dollar rüşvət almaq ittihamı ilə ötən gün saxlanılıb.

Mövzular:
Ermənistan Gümrü bələdiyyəsi Henrix Qasparyan Ermənistanın İstintaq Komitəsi

Digər Xəbərlər