"Gənc xanım, siz bu haqda heç nə bilmirsiniz!" – Trampdan sərt reaksiya
ABŞ-ın prezidenti Donald Tramp Argentinadan mal ətinin alınmasının amerikalı fermerlərə təsiri ilə bağlı sualı cavablandırarkən sərt çıxış edib.
Ajans.az xəbər verir ki,Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp, gənc müxbirin sözünü kəsərək deyib:
"Argentina öz həyatı üçün mübarizə aparır. Gənc xanım, siz bu haqda heç nə bilmirsiniz. Argentinaya heç nə fayda vermir, onların pulu yoxdur, heç nələri yoxdur. Onlar sağ qalmaq üçün çox mübarizə aparırlar. Düşünürəm ki, prezidentləri əlindən gələni edir. Amma bu ölkə ölür".
Tramp əlavə edib ki, əgər ABŞ Argentinadan mal əti alsa, bu, daxildə qiymətlərin aşağı düşməsinə kömək edə bilər:
"Argentinadan mal əti alardıq. Bunu etsək, mal ətinin qiyməti aşağı düşəcək", – deyə o, bildirib.
Qeyd edək ki, Tramp bu fikirləri inflyasiyanı cilovlamaq və ABŞ istehlakçıları üçün ərzaq qiymətlərini aşağı salmaq planları çərçivəsində səsləndirib. Eyni zamanda, ABŞ Argentinanın iqtisadi böhrandan çıxışına dəstək olaraq 20 milyard dollarlıq kredit xətti və suveren fondlar vasitəsilə yardım imkanlarını da nəzərdən keçirir.