Reklam resmi
Reklam resmi

Güclü ZƏLZƏLƏ - Bu ölkədə

Güclü ZƏLZƏLƏ - Bu ölkədə
Dünya
398

Rusiya Federasiyasının uzaq şərqində yerləşən Kamçatka yarımadasında zəlzələ qeydə alınıb.

Ajans.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki,yeraltı təkanların maqnitudası 4,8 bal təşkil edib.

Zəlzələ yerli vaxtla saat 16:18-də (Moskva vaxtı ilə 07:18) baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 201 kilometr şimal-şərqdə, təxminən 25 kilometr dərinlikdə yerləşib.

Hazırda təbii fəlakətin nəticələri — dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Kamçatka seysmik cəhətdən aktiv bölgə sayılır və burada mütəmadi olaraq müxtəlif güclü zəlzələlər qeydə alınır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kamçatka zəlzələ

Digər Xəbərlər