Reklam resmi
Reklam resmi

Tacikistan polisi Rusiyada fəaliyyətə başlayacaq

Tacikistan polisi Rusiyada fəaliyyətə başlayacaq
Dünya

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Daxili İşlər Nazirliyinin Rusiyada nümayəndəliyinin açılması barədə sərəncam imzalayıb.

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi məlumat yayıb.

Sərəncama əsasən, Moskvada Tacikistan Daxili İşlər Nazirliyinin nümayəndəliyi fəaliyyətə başlayacaq. Eyni zamanda, Rusiyanın Əmək və Miqrasiya Nazirliyinin nümayəndəliyi də yaradılacaq. Bundan başqa, Düşənbədə Rusiya polisinin nümayəndəliyi açılacaq.

Nümayəndəliklərin yaradılmasında əsas məqsəd iki ölkə arasında miqrasiya və narkotik cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tacikistan Rusiya

Digər Xəbərlər