Reklam resmi
Reklam resmi

İndoneziyada vulkan püskürüb

İndoneziyada vulkan püskürüb
Dünya

İndoneziyanın Lewotobi Laki Laki vulkanı yenidən püskürərək kül sütunu 4000 metr yüksəklikdə müşahidə olunub.

Ajans.az xəbər verir ki,bu barədə Metro TV telekanalı məlumat yayıb.

Vulkanın əvvəlki püskürməsi çərşənbə günü baş vermişdi. Bu gün səhər tezdən, Şərqi Floresdə, Şərqi Nusa Tenggara bölgəsində yerləşən vulkan yenidən fəallaşıb.

Lewotobi Laki Laki vulkanının müşahidə məntəqəsinin əməkdaşı Emanuel Rofinus Bere bildirib ki, püskürmə zamanı zirvədən 4000 metr hündürlükdə kül sütunu müşahidə olunub. Daha sonra isə 1500 metr yüksəklikdə ikinci kiçik püskürmə baş verib.

Hazırda vulkanın xəbərdarlıq statusu IV səviyyədədir və “Xəbərdarlıq” elan olunub. Sakinlərə püskürmə mərkəzindən cənub-qərb, şimal və şimal-şərq istiqamətlərində 6-7 kilometr radiusda ehtiyat tədbirləri görmək və fəaliyyətlərdən çəkinmək tövsiyə edilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İndoneziya vulkan

Digər Xəbərlər