Reklam resmi
Reklam resmi

Sibel Can nənə oldu

Sibel Can nənə oldu
Dünya

Türkiyənin məşhur müğənnisi Sibel Can nənə olub. Onun böyük oğlu Engincan Ural, 2022-ci ildə uzun müddət birlikdə olduğu Merve Kaya ilə Bodrumda keçirilən dəbdəbəli toyla ailə həyatı qurmuşdu.

Ajans.az xəbər verir ki,şəxsi həyatlarını media diqqətindən uzaq saxlayan cütlük bir müddət əvvəl ilk körpələrinin dünyaya gələcəyini açıqlamışdı.

Şad xəbər artıq gəlib: Engincan və Merve Kaya Uralın qız övladı dünyaya gəlib. Məlumata görə, cütlük doğum üçün ABŞ-ı, konkret olaraq Mayamini seçib.

Müğənni Sibel Can ilk dəfə nənə olma sevinci yaşayıb. Ailəyə yaxın mənbələrin verdiyi məlumata görə, körpəyə “Lina” adı verilib. Bu ad ərəbcə “xurma ağacı” mənasını daşıyır.

Sibel Canla evli olan Hakan Ural ilk dəfə baba olub. Məşhur aparıcı "Bəli, babayam" deyərək sevincini izləyiciləri ilə bölüşüb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Sibel Can Türkiyə

Digər Xəbərlər