Zelenski: Putinlə dünyanın istənilən yerində görüşməyə hazıram
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarus istisna olmaqla, dünyanın istənilən nöqtəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Ajans.az xəbər verir ki,bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak "Axios" nəşrinə verdiyi müsahibədə deyib.
Yermakın sözlərinə görə, Zelenski bu fikrini ABŞ-ın sabiq prezidenti Donald Trampla iki telefon danışığı zamanı ifadə edib. Həmin zənglərdən sonra Zelenski Trampın dəvəti ilə Vaşinqtona səfər edib.
"Prezidentlər bir-birilərini çox yaxşı başa düşdülər. Onlar dərhal konkret və açıq danışmağa başladılar. Görüşə bu qədər tez razılıq vermələri, Ukrayna ilə ABŞ arasında etibarlı tərəfdaşlıq münasibətlərinin göstəricisidir", – Yermak bildirib.
O əlavə edib ki, Zelenski Trampa açıq şəkildə bildirib: “Mən hələ də Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşə hazıram – yalnız Rusiya və Belarus istisna olmaqla.”
Hazırda Zelenski və komandasının məqsədi sülh təşəbbüslərini diplomatik yollarla davam etdirməkdir.