Misirdən havaya qalxan təyyarə partlayışa görə eniş edib
Wizz Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi yük anbarında baş verən partlayış sədasına və tüstü müşahidələrinə görə İtaliyanın Neapol şəhərində məcburi eniş edib.
Ajans.az xəbər verir ki,bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Hadisə oktyabrın 14-də baş verib. Təyyarə Misirin Şarm əl-Şeyx şəhərindən İtaliyanın paytaxtı Roma istiqamətində uçarkən texniki nasazlıq səbəbindən kursunu dəyişib. Sərnişinlər təyyarənin yük bölməsində tüstülənmə və partlayış səsləri eşitdiklərini bildiriblər.
Qeyd olunur ki, hava gəmisində İtaliyanın baş naziri Corcio Meloni ilə birlikdə Romada keçiriləcək **“Sülh Sammiti”**ndə iştirak edəcək jurnalistlər və çəkiliş qrupları da olub.
Wizz Air hadisə ilə bağlı rəsmi açıqlama yayaraq, texniki problemin olduğunu təsdiqləyib və təyyarədə olan bütün sərnişinlərin sağlam şəkildə təxliyə edildiyini bəyan edib. Şirkət tüstü və ya yanğın əlamətlərini inkar etsə də, təyyarə yerli texniki xidmət tərəfindən yoxlanışa götürülüb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.