Hindistan Rusiya neftinin alınmasını dayandırmağa hazırdır
ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya neftinin alınmasını dayandırmaq niyyətində olduğunu bəyan edib.
Ajans.az xəbər verir ki,bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi ona bu məsələ ilə bağlı şəxsən zəmanət verib:
“O, bu gün mənə bildirdi ki, Rusiyadan neft almayacaqlar. Bu, böyük bir addımdır. İndi əmin olmalıyam ki, Çin də eyni addımı atacaq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, Hindistanın Rusiya neftindən imtina prosesi artıq başlayıb. Onun sözlərinə görə, bu qərar dərhal icra olunmasa da, yaxın zamanda tam həyata keçiriləcək:
“Bunu bir anda həyata keçirmək mümkün deyil – müəyyən proseslər var. Amma bu proses tezliklə başa çatacaq. Müharibə bitdikdən sonra isə Hindistan Rusiyadan neft almağa qayıda bilər. Əgər Hindistan indi neft almasa, vəziyyət daha sadə olacaq”, – deyə Tramp bildirib.