Reklam resmi
Reklam resmi

Bakıda maşının vurduğu piyada xəstəxanada öldü

Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
Hadisə

İki gün öncə avtomobilin vurduğu piyada ölüb.

Ajans.az xəbər verir ki, hadisə paytaxt Bakının Nizami rayonunda baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi "KiA Sorento" markalı avtomobillə piyada 1968-ci il təvəllüdlü Gülər Nuralışını vurub.

Piyada xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mövzular:
Nəqliyyat hadisəsi Ölüm halı

Digər Xəbərlər