Reklam resmi
Reklam resmi

Ərdoğanın açıqlamaları: Qəzzada sülh üçün mühüm addımlar

Ərdoğanın açıqlamaları: Qəzzada sülh üçün mühüm addımlar
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada soyqırımın dayandırılması istiqamətində atılan addımları yüksək qiymətləndirərək, bu prosesdə göstərilən güclü iradədən danışıb.

Ajans.az xəbər verir ki,Ərdoğanın sözlərinə görə:

“Qəzzada soyqırımın dayandırılması istiqamətində mühüm addım atdıq. Liderlər olaraq biz güclü iradə nümayiş etdirmişik. ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Şeyx Əmin ilə birgə imzaladığımız dördtərəfli bəyannamənin sülh yolunda əhəmiyyətli irəliləyiş olduğuna inanıram.”

Prezident həmçinin Qəzzanın yenidən dirçəldilməsinin vacibliyini vurğulayaraq deyib:

“Biz Qəzzanı dirçəltməli və oradakı bacı-qardaşlarımız üçün həyat xətti təmin etməliyik. Fələstinli qardaş və bacılarımızın gələcəyi üçün bu prosesi müdrikliklə idarə etməyə çalışacağıq. Arzumuz odur ki, dünən atılan addım ədalətli və davamlı sülhə gətirib çıxarsın. Bunun yolu isə paytaxtı Şərqi Qüds olan müstəqil və ərazisi toxunulmaz Fələstin dövlətinin yaradılmasından keçir.”

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Rəcəb Tayyib Ərdoğan

Digər Xəbərlər