Aİ-nin nümayəndəsi Kiyevə gəlib
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Ajans.az xəbər verir ki,o,səfərinin məqsədi ilə bağlı sosial media hesabında açıqlama yayıb.
“Ukraynalılar dünyanı cəsarətləri ilə ruhlandırır. Onların möhkəmliyi bizim tam dəstəyimizi tələb edir”, – deyə Kallas bildirib.
Ali nümayəndə qeyd edib ki, maliyyə və hərbi dəstək, Ukraynanın enerji sektorunun təhlükəsizliyi, eləcə də Rusiyanın hərbi cinayətlərə görə məsuliyyəti gündəlikdə olan əsas mövzulardır:
“Bu gün mən Kiyevdə maliyyə və hərbi dəstək, Ukraynanın enerji sektorunun təhlükəsizliyi və Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyət daşıması ilə bağlı danışıqlara gedirəm”, – o əlavə edib.
Səfər çərçivəsində Kallasın Ukraynanın siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcəyi gözlənilir.
Mövzular: