Reklam resmi
Reklam resmi

Ərdoğan Misirə gedib

Ərdoğan Misirə gedib
Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qəzza zolağında əldə olunan atəşkəslə bağlı məsələlərin müzakirə ediləcəyi Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün Misirə səfər edib. Prezident Türk Hava Yollarına məxsus xüsusi təyyarə ilə yola düşüb.

Ajans.az xəbər verir ki,Ərdoğanı Ankaradakı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar.

Dövlət başçısını müşayiət edən heyətə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran, eləcə də prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.

Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Donald Trampın dəvəti ilə keçirilən sammitdə iştirak edəcək. Sammitdə Qəzza zolağında atəşkəsin davamlılığı, beynəlxalq əməkdaşlıq və bölgədə sabitliyin təmin olunması yolları əsas müzakirə mövzuları olacaq.

Prezident Ərdoğanın sammit çərçivəsində önəmli çıxış edəcəyi, həmçinin iştirakçı ölkələrin liderləri ilə ikitərəfli məsləhətləşmələr aparacağı gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rəcəb Tayyib Ərdoğan Misir

Digər Xəbərlər