Skolioz və kifoz xəstəlikləri necə MÜALİCƏ OLUNMALIDIR?
MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “ Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.
Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu fizioterapiya, cəmiyyətdə daim müzakirə olunan skolioz və kifoz xəstəlikləri, onların müalicə üsulları olub.
Qonaq qismində iştirak edən fizioterapevt, reabilitoloq Ravil Hüseynov bildirib ki, bu gün bir çox şəxslər fizioterapiyanın nədən qaynaqlandığını, müayinə-müalicə üsullarını bilmirlər. Fizioterapiya insan orqanizmində fiziki dəyişiklikləri ehtiva edir.
Həkim qeyd edib ki, bu sahəyə aid xəstəliklər özünü dayaq-hərəkət aparatında, onurğada özünü büruzə verir. Ən çox yayılanı və məşhuru isə “ Qamət əyriliyi” dir. Bəzən pasiyentlər özləri həkimə getmədən özlərini diaqnoz edirlər. Lakin skolioz onurğanın frontal olaraq sağa-sola, yanlara əyilməsidir. Elektro-spinalar zəiflədikdə onurğa istiqamətini dəyişir.
Sonda vurğulanıb ki, bu xəstəliklərin müasir aparatlar ilə müalicəsi mümkündür. Tək tələb olunan vaxtında , ağırlaşmadan üzərinə düşülməsi və düzgün mütəxəssislə fizioterapiyanın aparılmasıdır.
View this post on Instagram