Reklam resmi
Reklam resmi

Güclü tayfun Alyaskanı VURUB

Güclü tayfun Alyaskanı VURUB
Dünya

"Halong" adlı tayfun Alyaskanın qərb sahillərini vuraraq ciddi dağıntılara səbəb olub.

Ajans.az xəbər verir ki, azı üç nəfər itkin düşüb, səkkiz ev isə bünövrəsindən qoparaq zərər görüb.

Rəsmi açıqlamada bildirilir ki, Kigillinqok və Kipnuk icmaları gecə ərzində güclü külək və yüksək su səviyyəsi ilə qarşılaşıb. Bu, ərazilərdə yaşayış evlərinə ciddi ziyan vurub.

Anchorage Daily News sosial mediaya istinadən yazır ki, zərər görmüş bəzi evlərdə insanların olduğu bildirilir. Departamentin sözçüsü Ceremi Zidek qeyd edib ki, evlərdə olan insanların əksəriyyəti xilas edilib və ciddi xəsarət və ya ölüm halı qeydə alınmayıb.

Meteoroloqlar tayfunun qeyri-adi trayektoriya ilə hərəkət etdiyini bildirirlər. Əvvəlcə şimala doğru hərəkət edəcəyi gözlənilən "Halong", əksinə, şərqə doğru istiqamət dəyişib. Küləyin sürəti bəzi yerlərdə saniyədə 44 metrə çatıb.

Hazırda gözləntilərə əsasən, tayfun Beaufort dənizinə doğru şimala hərəkət edəcək və orada zəifləyəcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Alyaska tayfun

Digər Xəbərlər