Pakistan Əfqanıstanın nəzarət məntəqələrini vurdu
Əfqanıstan hərbçiləri Pakistan sərhədində 5-6 mövqeyə səbəb olmadan atəş açıblar.
Ajans.az xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik mənbələri məlumat yayıb.
Bildirilib ki, qarşı tərəfə effektiv cavab verilib və atəş açanlar geri çəkilməyə məcbur olublar. Toqquşmalar Kurram rayonunda baş verib. Pakistan qüvvələri iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv edib.
Beş əfqan hərbçinin öldüyü qeyd olunub.
Mövzular: