ABŞ-də müdafiə şirkətinin zavodunda güclü partlayış - ölənlər var
ABŞ-nin Tennessi ştatında yerli müdafiə şirkəti "Accurate Energetic Systems"ə məxsus partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
Bu barədə Ajans.az BBC-yə istinadən məlumat verir.
Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb. Dəqiq say müəyyənləşdirilir.
Hikman dairəsinin şerifinin ofisi partlayışı təsdiqləyib. Məlumata görə, zavod Baksnort rayonunda yerləşir.
Hazırda Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində fəsadların aradan qaldırılması üçün çalışır.
Mövzular: