Tramp İsrailə gedə bilər
İsrail girovların azad edilməsini ehtiva edən Qəzza sazişi imzalanacağı təqdirdə ABŞ prezidentinin mümkün səfərinə hazırlaşır.
Ajans.az xəbər verir ki, bu barədə İsrail mənbələri bildirib.
"Tramp böyük nailiyyəti - müharibənin başa çatmasını və Qəzza zolağında girovların azad edilməsini qeyd etmək üçün regiona səfər etmək istəyəcək. Hazırda hər şey Şarm əl-Şeyxdəki (Misir) danışıqların nəticəsindən asılıdır, lakin perspektivlər ümidvericidir", - deyə mənbə qeyd edib.