Reklam resmi
Reklam resmi

Zelenski Ukraynanın Latviyadakı səfirini vəzifəsindən azad edib

Zelenski Ukraynanın Latviyadakı səfirini vəzifəsindən azad edib
Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Kutsevolu vəzifəsindən azad edib.

Ajans.az xəbər verir ki,bu barədə oktyabrın 7-də imzalanmış 752/2025 saylı prezident fərmanında qeyd olunub.

Anatoli Kutsevol 2022-ci ilin dekabrında Ukraynanın Latviyadakı səfiri təyin edilmişdi. Diplomat bu vəzifəyə qədər Ukrayna Nazirlər Kabinetinin dövlət katibinin müavini kimi fəaliyyət göstərib. Kutsevol səfir postuna 2023-cü ilin mayında faktiki olaraq başlamışdı.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında Latviyanın Ukraynadakı yeni səfiri Andreys Pildeqoviç Kiyevdə vəzifəsinin icrasına başlayıb. O, bu postda təxminən beş il xidmət göstərmiş İlqvars Klavunu əvəz edib.

Bundan əlavə, Prezident Zelenski Latviya və Bolqarıstana yeni səfirlərin təyin olunması barədə də qərar verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Vladimir Zelenski Latviya

Digər Xəbərlər