Reklam resmi
Reklam resmi

Taylandın şimalında təbii fəlakət: 22 nəfər həlak olub

Taylandın şimalında təbii fəlakət: 22 nəfər həlak olub
Dünya

Taylandın şimalında baş verən güclü daşqınlar nəticəsində azı 22 nəfər həyatını itirib.

Ajans.az Reuters-ə istinadən xəbər verir.

Təbii fəlakət ölkənin 19 əyalətinə təsir edib. Ən çox ziyan çəkən ərazilər Banqkokun şimalında yerləşən Uttaradit və Ayutthaya bölgələri olub.

Rəsmilərin verdiyi məlumata görə, hazırda xilasetmə qrupları fəlakət bölgələrində zərərçəkmişlərə ərzaq və digər zəruri yardım vasitələrini çatdırmaqla məşğuldur. Eyni zamanda, musson mövsümünün gətirdiyi güclü yağışlar səbəbilə suyun səviyyəsi nəzarətdə saxlanılır.

İlkin məlumatlara əsasən, daşqınlardan təxminən 370 min nəfər zərər çəkib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayland təbii fəlakət

Digər Xəbərlər