Reklam resmi
Reklam resmi

BRİKS İranı dəstəklədi- səbəb

BRİKS İranı dəstəklədi- səbəb
Dünya

BRİKS-ə üzv dövlətlər İranın peyk məlumatlarının mübadiləsi üçün birgə platforma yaradılması təklifini müsbət qarşılayıblar.

Ajans.az xəbər verir ki,bu barədə qərar Geoməkan Texnologiyaları və Tətbiqləri üzrə 4-cü İşçi Qrupunun İranın ev sahibliyi ilə keçirilən onlayn iclasında qəbul olunub.

İran Kosmik Agentliyinin nümayəndəsi Emran Amini bildirib ki, platforma üzv ölkələrə öz peyk məlumatlarını yükləməyə və digər ölkələrin təqdim etdiyi xidmətlərdən istifadə etməyə imkan verəcək. Tətbiq sahələri arasında yanğınların monitorinqi, məhsulun identifikasiyası, böhranların idarə olunması və ticarət proseslərinin asanlaşdırılması da var.

Çin, Rusiya və Braziliya təşəbbüsə dəstək ifadə edərək onun strateji plan səviyyəsində reallaşdırılacağını bildiriblər.

İki günlük tədbir İranın elmi-tədqiqat qurumları ilə əməkdaşlıq çərçivəsində təşkil olunub və ölkənin müasir texnologiyalar sahəsində potensialını nümayiş etdirmək, BRİKS-lə əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyıb.

Tədbirin yekununda hazırlanacaq çoxtərəfli əməkdaşlıq sənədi, BRİKS ölkələrinin məkan məlumatları sahəsində birgə fəaliyyətinin əsasını qoyacaq.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
BRİKS İran

Digər Xəbərlər