Reklam resmi
Reklam resmi

ABŞ-da 17 yaşlı bloqqer iki qızı vuraraq YouTube-da canlı yayıma çıxıb

ABŞ-da 17 yaşlı bloqqer iki qızı vuraraq YouTube-da canlı yayıma çıxıb
Dünya

ABŞ-da 17 yaşlı bloqqerin iştirakı ilə baş verən faciəvi yol-nəqliyyat hadisəsi ölkə ictimaiyyətində ciddi rezonans doğurub.

Ajans.az Dexerto portalına istinadən xəbər verir ki, gənc bloqqer yolsuzluq avtomobilini idarə edərkən iki qızı vurub. Hadisə nəticəsində qızların hər ikisi həlak olub.

İlkin məlumatlara görə, qurbanları xilas etmək mümkün olmayıb. Hadisədən bir gün sonra bloqqer YouTube platformasında canlı yayım açaraq baş verənlərə münasibət bildirib. O, baş verənləri “faciəvi qəza” kimi xarakterizə edib və həlak olanların ailələrinə başsağlığı verib.

Lakin istintaqın gedişində ortaya çıxan yeni detallar yeniyetmənin qəsdən adam öldürməkdə şübhəli bilindiyini göstərib. Məlum olub ki, o, hadisədən əvvəl bir neçə ay ərzində zərərçəkənlərdən birini izləyirmiş. Bu fakt onun əvvəlcədən niyyətlə hərəkət etmiş ola biləcəyini güman etməyə əsas verir.

Hazırda bloqqer saxlanılıb və barəsində qəsdən adam öldürmə ittihamı irəli sürülüb. Onun adı hüquqi səbəblərə görə açıqlanmır.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ YouTube

Digər Xəbərlər