Litva naziri “Krım kimindir?” sualından sonra istefaya göndərildi
Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus “Krım kimindir?” sualına birbaşa cavab verməkdən yayınmasından sonra vəzifəsindən azad olunub.
Ajans.az xəbər verir ki,bu barədə yerli Lrytas.lt portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Adomaviçyusun fəaliyyəti onun vəzifəyə təyin olunduğu bir ay ərzində dəfələrlə narazılıqla qarşılanıb. Lakin onun mətbuata verdiyi son müsahibə məsələyə son nöqtəni qoyub. Nazir sualı belə cavablandırıb:
“Bunlar təxribat xarakterli suallardır. Gəlin onlara toxunmayaq, çünki bu, heç Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə də aid deyil.”
Məhz bu cavab ictimai və siyasi dairələrdə kəskin tənqidlərə səbəb olub və nəticədə Adomaviçyus hökumət tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, o, Litva hökumətində baş vermiş korrupsiya qalmaqalından sonra formalaşan yeni kabinetin üzvü idi. Avqustun əvvəlində keçmiş baş nazir Gintautas Paluckasla bağlı korrupsiya ittihamları səbəbilə hökumət istefa vermiş, yeni kabinet formalaşdırılmışdı. Adomaviçyus cəmi bir ay mədəniyyət naziri vəzifəsində çalışıb.