Norveçdə hərbi təlimlərdə 5 nəfər İTKİN DÜŞDÜ
Norveçin Rusiya ilə sərhəddə yerləşən Finnmark bölgəsində keçirilən hərbi təlimlər zamanı beş əsgəri itkin düşüb.
Ajans.az xəbər verir ki, bu barədə "TV2" kanalı məlumat yayıb.
Bildirilir ki, polis ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Əvvəlcə 10 əsgərin itkin düşdüyü açıqlansa da, onlardan beşi tapılıb. Qalanlarının axtarışı dronlar və itlərin köməyi ilə davam etdirilir.
Hüquq-mühafizə orqanlarının versiyalarından biri əsgərlərin görüş nöqtəsini səhv salması, digər ehtimal isə bədbəxt hadisə ilə bağlıdır.
Mövzular: