Putindən AÇIQLAMA: Hər şeyə...
“Hər şeyin çox sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Hər şeyə hazır olmalıyıq”.
Ajans.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib.
Rusiya prezidenti əlavə edib ki, müasir dünyada ümumi dil axtarmaq lazımdır.
Onun sözlərinə görə, heç vaxt qlobal səhnədə vəziyyətə təsir etmək istəyən bu qədər çox ölkə olmayıb: "Dünyada istənilən qərarlar yalnız hamını və ya çoxluğu qane edən razılaşmalar əsasında mümkündür. Əks halda, onlar qeyri-mümkündür. Çoxqütblülük Qərbin qlobal hegemonluğu saxlamaq cəhdlərinin birbaşa nəticəsidir. Dünyada hegemonluğun dağılması an məsələsidir".
Putin qeyd edib ki, Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
Rusiya prezidenti qeyd edib ki, ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür. O əlavə edib ki, beynəlxalq münasibətlərin bütün tarixi ölkələr arasında öz maraqları uğrunda gedən mübarizədir.
"Avropa Rusiyanın düşmən olması fikrini əsrlər əvvəl uydurub. Avropa elitasının siyasəti yeni bir şey deyil", - o deyib.
Putin Qərb elitasına müraciət edib: "Sakitləşin, dinc yatın və nəhayət, öz problemlərinizlə məşğul olun".
Bununla belə, Putin Avropanın silahlanmasına da münasibət bildirib. O, Moskvanın buna cavabının özünü çox gözlətməyəcəyini söyləyib: "Heç kəs şübhə etmir ki, Rusiyanın Avropanın militarizasiyasına cavabı özünü çox gözlətməyəcək".