Reklam resmi
Reklam resmi

Britaniyada sinaqoqa hücum edən şəxs güllələnib

Britaniyada sinaqoqa hücum edən şəxs güllələnib
Dünya

Böyük Britaniyanın Mançester şəhərində yerləşən sinaqoqa hücum zamanı iki nəfər həyatını itirib, hücum edən şəxs isə polis tərəfindən güllələnərək zərərsizləşdirilib.

Ajans.az xəbər verir ki,bu barədə The Guardian nəşri Böyük Mançester Polisinə istinadən məlumat yayıb.

Hadisə Krumpsall bölgəsində yerləşən sinaqoq yaxınlığında baş verib. Polis hücumun şübhəli terror aktı kimi qiymətləndirildiyini bildirib.

Məlumata görə, hücumda şübhəli bilinən şəxs polis tərəfindən atəşə tutulub və öldürülüb. Lakin hüquq-mühafizə orqanları onun üzərindəki “şübhəli əşyalar” səbəbilə hələlik ölüm faktını rəsmi olaraq təsdiqləməyib. Bomba zərərsizləşdirmə qrupu əraziyə cəlb olunub və hazırda hadisə yerində təhlükəsizlik tədbirləri görülür.

Polis əlavə edib ki, hücum zamanı daha üç nəfər ağır xəsarət alıb və onların vəziyyəti kritik olaraq qalır.

Hadisənin səbəbləri və hücumçunun kimliyi ilə bağlı istintaq davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya sinaqoqa

Digər Xəbərlər