Reklam resmi
Reklam resmi

ABŞ hökuməti fəaliyyətini dayandırıb-Qanun qəbul edə bilmədi

ABŞ hökuməti fəaliyyətini dayandırıb-Qanun qəbul edə bilmədi
Dünya

ABŞ Senatı qısamüddətli maliyyələşdirmə ilə bağlı qanun layihəsini qəbul edə bilmədiyi üçün federal hökumət rəsmi olaraq fəaliyyətini dayandırıb.

Ajans.az xəbər verir ki,Federal büdcənin müddətli maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunmadığından dövlət qurumlarının böyük bir hissəsi fəaliyyətini məhdudlaşdırmaq və ya tam dayandırmaq məcburiyyətində qalıb.

Məlumata görə, Demokratlar “Medicaid” proqramında kəsintilərin qarşısını almağa və “Əlverişli Baxım Aktı” (Obamacare) çərçivəsində vergi kreditlərini uzatmağa çalışırlar. Respublikaçılar isə bu kimi əlavələrsiz, yalnız əsas xərcləri əhatə edən “təmiz” maliyyələşdirmə qanun layihəsinin qəbulunda israr edirlər.

Hazırda minlərlə dövlət qulluqçusu məzuniyyətə göndərilib, fövqəladə hallar xidmətlərinin bir çox əməkdaşı isə maaş almadan işləməyə məcburdur. Vəziyyətin nə vaxt normallaşacağı hələlik məlum deyil.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Senat

Digər Xəbərlər