Reklam resmi
Reklam resmi

Bruce Willis-in son vəziyyəti

Bruce Willis-in son vəziyyəti
Dünya

Amerikalı aktyor Bruce Willis-in həyat yoldaşı Emma Heming Willis ərinin demensiya diaqnozundan əvvəl ortaya çıxan ilk əlamət barədə danışıb.

Ajans.az xəbər verir ki,o bildirib ki, bu, dramatik və ya diqqətçəkən bir hadisə deyil, əksinə incə və fərqinə varılması çətin bir detal olub — uşaqlıqda keçirdiyi kəkələmənin yenidən ortaya çıxması.

Emma Heming bu barədə Katie Couric-in "Next Question" ("Növbəti Sual") podkastında danışıb:

“Hər şey onun kəkələməsi ilə başladı. Brüs uşaq ikən kəkələyirdi və birdən-birə bu yenidən baş verdi. Heç vaxt düşünməzdim ki, bu, demensiyanın erkən əlaməti ola bilər.”

Bəzi aylardan sonra həkimlər aktyora frontal lob demensiyası diaqnozu qoyublar. Bu, beynin ön hissəsindəki neyronların zədələnməsi nəticəsində yaranan və davranış, şəxsiyyət və nitq funksiyalarını pozan nadir nevroloji xəstəlikdir. Bruce Willis həmçinin mütərəqqi birincili afaziya adlı başqa bir nevroloji pozuntu ilə də mübarizə aparır. Bu hal insanın danışıq və ünsiyyət qabiliyyətini zəiflədən ciddi bir xəstəlikdir.

Emma Heming, prosesə rəhbərlik edən tanınmış nevroloq Bruce Millerin fikirlərinə də istinad edib:

“Əgər 40, 50 və ya 60 yaşlı bir şəxsdə danışıqda, davranışda və ya xasiyyətdə qəfil dəyişikliklər baş verirsə, bu, beyində nəyinsə yolunda getmədiyinə işarə ola bilər və mütləq araşdırılmalıdır.”

Emma Heming əlavə edib ki, Bruce artıq sözləri təbii şəkildə tapa bilmirdi, tez-tez çaşqınlıq yaşayırdı və bu, ailə üçün narahatedici bir prosesə çevrilmişdi:

“O, çaşqın idi, mən də çaşqın idim. Nəyinsə düz getmədiyini hiss edirdim, amma nə olduğunu izah edə bilmirdim.”

Aylarla davam edən qeyri-müəyyənlik və emosional gərginlikdən sonra Emma Heming çətin, lakin vacib bir qərar verib: Bruce peşəkar tibbi nəzarətin olduğu xüsusi qayğı mərkəzində qalacaq, Emma isə qızları Mabel və Evelin ilə ailə evində yaşamını davam etdirəcək.

“Bu, həyatımda verdiyim ən çətin qərar idi. Amma bilirəm ki, Bruce qızların gündəlik həyatının davam etməsini istəyərdi,” – deyə Emma fikrini bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Bruce Willis Emma Heming Willis

Digər Xəbərlər