Reklam resmi
Reklam resmi

Bakıda yeni çəkilən piyada zolağı çaşqınlığa və müzakirələrə SƏBƏB OLDU

Bakıda yeni çəkilən piyada zolağı çaşqınlığa və müzakirələrə SƏBƏB OLDU
Cəmiyyət

Bakıda yeni çəkilən piyada zolağı müzakirələrə səbəb olub.

Ajans.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, Babək prospektində çəkilən zolaqdan gedir.

Bir neçə gün əvvəl ərazidə piyadaların yolu keçməsi üçün zolaq çəkilib. Lakin görünən odur ki, zolağı keçdikdən sonra piyadaların hərəkəti nəzərə alınmayıb. Yəni səki olmadığına görə onlar məcbur qalıb avtomobil yolunun kənarı ilə hərəkət edirlər.

Elə piyadalar da bildirirlər ki, bu zolaq onlarda çaşqınlıq yaradır. Onlar deyirlər ki, zolaq daha əvvəl bir az irəlidə, piyadaların hərəkət edə biləcəyi yerdə çəkilibmiş, lakin bir neçə gün olar, silindiyindən hərəkət üçün əlverişli olmayan yerdə çəkilib.

Bəs çaşqınlıq yaradan bu zolaq barədə aidiyyəti qurum nə deyir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, keçidin təşkilində hər hansı bir qüsur yoxdur. Piyadalar zolaqdan istifadə edərək yollarını piyada səkisi ilə davam etdirə bilərlər. Bunun üçün mövcud şərait var.

Nəqliyyat eksperti Yasdin Mustafayev isə bu açıqlamanın əksini düşünür. O bildirir ki, çəkilən zolaq piyadaların hərəkəti üçün əlverişli deyil.

Ekspert onu da əlavə edib ki, piyadaların rahat hərəkətinin təşkilində bu kimi amillər nəzərdən keçirilməlidir.

Ajans.az həmin sujeti sizlərə təqdim edir:

Mövzular:
piyada Bakı zolaq çaşqınlıq müzakirə

Digər Xəbərlər